Ölkə

Oğurluğa girdi, qayıdanda başına iş gəldi - Sumqayıtda kuryoz olay - VİDEO

25 İyul 2017 15:02
1 Şərh     Baxış: 3 787
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıtda maraqlı hadisə baş verib.

Milli.Az xeberle.com-a istinadən xəbər verir ki, videogörüntüdən görünür ki, inşa olunan hündürmərtəbəli binalardan birində sakin ümumi boru xəttində sıxışıb qalıb.

Hadisə 9-cu mikrorayon ərazisində baş verib. Boru xəttinə düşən şəxslə olan dialoqdan belə aydın olur ki, həmin şəxs binaya oğurluq məqsədilə gəlibmiş.

Videoda onun bir neçə evdən oğurluq etdiyi ilə bağlı iddialar da səslənir. Həmçinin bildirilir ki,həmin şəxs ifşa olunacağını hiss edərək boru xəttiylə qaçmağa cəhd edib və onun bu istəyi alınmayıb.
 
Nəticədə burada sıxışıb qalaraq bina sakinləri tərəfindən yaxalanıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Oğurluğa girdi, qayıdanda başına iş gəldi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.