Ölkə

BAKIDA FACİƏ: Binadan yıxılan 1 yaşlı uşaq öldü - YENİLƏNİB

25 İyul 2017 11:48
10 Şərh     Baxış: 3 134
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11:48

Bakının Binəqədi rayonunda azyaşlının pəncərədən yıxılaraq ölməsi ilə bağlı cinayət işi başlanıb.
 
Baş Prokurorluğun mətbuat xidmətindən Milli.Az-a verilən məlumatda bildirilir ki, son vaxtlar bəzi valideynlərin diqqətsizliyi və səhlənkarlığı ucbatından azyaşlı övladlarının nəzarətsiz qalmaları nəticəsində yaşadıqları mənzilin eyvan və pəncərələrindən yıxılaraq vəfat etməsi hadisələrinin sayının artması ictimaiyyəti ciddi narahat edir.
 
"Belə ki, iyulun 22-də, saat 15 radələrində  paytaxtın Binəqədi rayonunda, 2016-cı il təvəllüdlü Əmənova Rüqəyya Elnur qızı anasının nəzarətsizliyi səbəbindən yaşadığı çoxmərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılaraq aldığı xəsarətlərlə bağlı xəstəxanaya yerləşdirilib və iyulun 24-də orada vəfat edib.
 
Faktla bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin edilib.
 
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
 
Ailə faciəsinə səbəb olan belə bədbəxt hadisələrin təkrarlanmaması üçün valideynlərə xüsusən azyaşlı övladlarına qarşı daha diqqətli və məsuliyyətli olmaları tövsiyə edilir", - deyə məlumatda bildirilir.

-------

11:13

2 gün əvvəl Bakı şəhər Binəqədi rayonu 7-ci mikrorayonda binanın pəncərəsindən yıxılan 1 yaşlı qız vəfat edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Abay Kunanbayev küçəsi bina 3 mənzil 37 ünvanında yaşayan və nəzarətsiz qalması nəticəsində 3-cü mərtəbədəki mənzilin pəncərəsindən yıxılaraq ağır xəsarət alan 2016-ci il təvəllüdlü Əmənova Rüqayyə Elnur qızının həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, 1 yaşlı Rüqayyə yenicə yeriməyə başlayıbmış və evin pəncərəsindəki tora toxunarkən 3-cü mərtəbədən yerə yıxılıb. Uşaq ağır kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
 
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyyatsızlıqdan adam öldürmə) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
  

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.