Ölkə

Bakıda dəniz limanındakı faciə ilə bağlı cinayət işi açıldı

24 İyul 2017 16:26
2 Şərh     Baxış: 1 535
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 22-də Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən quru yük limanında baş vermiş bədbəxt hadisə ilə bağlı cinayət işi açılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin Xətai rayonu ərazisindəki Quru Yük Limanında doker-mexanizator vəzifəsində çalışan 1991-ci il təvəllüdlü Məmmədyarlı Hilal Səfiyar oğlu idarə etdiyi avtokarın altında qalaraq vəfat etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə iş başlanılıb.

Cinayət işinin istintaqı Xətai rayon Prokurorluğunda aparılır.
 
Qeyd edək ki, iyulun 22-də 26 yaşlı Hilal Məmmədyarlı 3,5 tonluq avtokarı sürərkən yük daşıyan texnikanın təkəri dəmir yolu relsinin üstünə çıxıb. Yüklə dolu avtokarın aşacağını görən gənc özünü yerə ataraq xilas olmağa çalışıb. Lakin buna baxmayaraq avtokarın altında qalıb. Ağır vəziyyətdə Respublika Nevrocərrahiyyə xəstəxanasına aparılan Hilal Məmmədyarlının həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.