Ölkə

Bakı Bulvarının susuz fəvvarələri: "Bu haqda cavabım yoxdur..." - FOTO

24 İyul 2017 16:40
1 Şərh     Baxış: 1 745
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Dənizkənarı Milli Parkında fəvvarələrin suyu quruyub. Paytaxtda ötən ay keçirilən "Formula 1" yarışı ərəfəsində fəaliyyəti dayandırılan fəvvarələr hələ də işləmir.

Milli.Az xəbər verir ki, virtualaz-ın məlumatına görə, gözəl görünüşü ilə zövq oxşayan fəvvarələr həm də isti yay günlərində dincəlməyə bulvara üz tutanlar üçün sərinlik mənbəyi idi.  Amma dayandırılmasından bir aydan çox vaxt keçsə də, fəvvarələrin işini bərpa edən yoxdur.

Bulvarda fəvvarələrin niyə işləmədiyini araşdırmaq üçün Dənizkənarı Bulvar İdarəsi ilə əlaqə saxladıq. İdarənin rəis müavini Nazim Məcidov virtualaz.org-a ərazidə yerləşən fəvvarələrin Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) balansında olduğunu dedi. Bulvar ərazisində 3 fəvvarə olduğunu deyən N. Məcidov bunların bir aydan çoxdur ki işləmədiyini təsdiqlədi.

"Bulvar ərazisində 3 fəvvarə var, bunlar Muzey Mərkəzinin və "Azneft"in qarşısında yerləşən fəvvarələr və "7 gözəl"dir. Bu ərazi özü BŞİH-ə aiddir, bulvarda yerləşən bütün fəvvarələrin quraşdırılmasına, fəaliyyətinə, qrafikinə onlar nəzarət edirlər. Bulvardakı fəvvarələr "Formula1" yarışı ərəfəsində bağlanıb, onların üzərində səhnələr quraşdırılıb. Nə vaxtdan fəvvarələrin fəaliyyətə başlayacağını onlardan soruşun", - deyə N. Məcidov bildirib.

Bakı Şəhər İcra Hakimiyyətində isə fəvvarələrin onlara aid olduğunu bilmirlər. BŞİH-in mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova virtualaz.org-a açıqlamasında bu suala cavabının olmadığını bildirdi: "Bu məsələni Bakı Bulvar İdarəsindən soruşun. İdarənin rəisi və ya rəis müavini cavab verə bilmir? Ərazi İcra Hakimiyyətinə aid olsa da, olmasa da, onlar cavab verməlidirlər. Mənim bununla bağlı cavabım yoxdur. Məndə fəvvarələrin fəaliyyət qrafiki ilə bağlı cədvəl də yoxdur", - deyə N. Məmmədova bildirdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.