Ölkə

Azərbaycanda 8 yaşlı oğlanı zorlayan manyak həbs edildi - YENİLƏNİB - VİDEO - FOTO

24 İyul 2017 17:46
51 Şərh     Baxış: 13 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:46

Bakıda 45 yaşlı kişinin 8 yaşlı oğlanı zorlaması iddia olunub.

Milli.az femida.az-a istinadla xəbər verir ki, hadisə iyulun 21-də 20:00 radələrində Xətai rayonu Mehmandarov küçəsində baş verib. Hadisənin birbaşa şahidi olan mərhum Xalq şairi Zöhrab Tahirin oğlu, Dövlət Gömrük Komitəsinin kapitanı Tahir Tahirli femida.az- a təfərrüatı danışıb. O qeyd edib ki, hadisə günü avtomobilini təmir etdirmək üçün həmin əraziyə yollanıb. Bu zaman usta ona arxa tərəfdən səs gəldiyini deyib.

"Arxa tərəfə keçəndə baxdım ki, bir kişi şalvarını aşağı çəkib. Həmin vaxt telefonun kamerasını işə saldım ki, sübutum olsun. Həmin adam məni görən kimi qaçmağa başladı. Gördüm ki, balaca bir uşaq da ayağa durdu. Məni görən kimi ağlamağa başladı.Qaçan adamı təqib etməyə başladım. Xeyli qaçandan sonra aradan çıxdı. Uşaq da ağlaya-ağlaya arxamca qaçırdı. Adamı tuta bilmədim." 

Tahir Tahirli uşağın oraya necə gəldiyi barədə də açıqlama verib. Onun sözlərinə görə, uşağın anası Bakıda yerləşən restoranların birində qabyuyan işləyirmiş. 

" Xeyli qaçandan sonra ayaq saxladım. Uşağı sakitləşdirdim, su alıb, verdim. Uşaqdan bura necə gəldiyini soruşdum. Cavabında bildirdi ki, anası restoranda işləyir. Anası ilə görüşdük. O, restoranda işlədiyindən uşağı qoymağa yer olmadığı üçün hər gün özüylə işə gətirdiyini dedi.Həmin adam uşağı oğurlayıb, gəzmək adıyla aparıbmış."

Uşağa qarşı cinsi zor tətbiq etməkdə şübhəli bilinən şəxsin adı da artıq məlumdur. Tahir Tahirlinin sözlərinə görə, hadisəylə bağlı dərhal polis əməkdaşlarına məlumat verib.Hadisəni törədən şəxs isə Sabiradab rayon sakini 45 yaşlı Rauf adlı şəxsdir.

"Məlumat verdikdən sonra Xətai rayon Çevik Polis Alayının əməkdaşları dərhal əraziyə gəldi. Baş leytenant İlqar Sadıqov və çavuş Hafiz Məmmədovun və digərlərinin iştirakı ilə həmin şəxsin axtarışına başlanıldı. Polislərin əməyi sayəsində gecə onu tutdular. Həmin adamı bölməyə gətirdilər. Məlum oldu ki, əvvəllər də məhkumluğu olubmuş. Bölmədə uşağa qarşı təcavüz etmədiyini deyirdi."

---------

14:44

Azərbaycanda 8 yaşlı oğlan 35-40 yaşlarında bir şəxs tərəfindən zorlanıb. 

Milli.Az tezadlar.az-a istinadən verdiyi məlumata görə, hadisə 21 iyul axşam saat 20:00 radələrində baş verib. 

Dövlət Gömrük Komitəsinin kapitanı Tahir Tahiri (mərhum xalq şairi Söhrab Tahirin oğlu) təsadüfən hadisənin şahidi olub və o cinayətkarın tutulmasında böyük fədakarlıq göstərib.

T.Tahiri idarə etdiyi maşının texniki problemi ilə əlaqədar Xətai rayonu, Mehmandarov küçəsi- 26-28 ünvanında yerləşən avtoservisə gəlir. Maşının problemi bir az uzandığından ərazidə gəzişməyə başlayır. Bu zaman "qluxoy" yer kimi tanınan avtoservisin arxası, eyni zamanda qəbirstanlıq olan yerdən keçərkən görür ki, 35-40 yaşlı kişi 8 yaşında oğlanı bütün çapalarına baxmayaraq, zorlayır. 

T.Tahirin gördüyüyü mənzərədən şoka düşdüyünü deyir: "Əvvəl nə edəcəyimi bilmədim. Tez özümə gəlib, əlimi telefona atdım. Cəld hadisəni telefona çəkmək istədim ki, həmin alçağı tutmaq asan olsun. O, məni görüb qaçmağa üz tutdu. Mən onun arxasınca hardasa 2 km qədər qaçdım. Ancaq tuta bilmədim. Yenidən avtoservisə qayıtdım. 102 xidmətinə məlumat vermək istəyirdim ki, yaxınlıqdan keçən Çevik Polis Alayının maşınını gördüm. Onları saxlayıb hadisəni danışdım. Maşında olan Çevik Polis Alayının baş leytenantı İlqar Sadıqov və çavuş Hafiz Məmmədov xəbərdən dəhşətə gəldilər. Onlar da hadisə yerinə gəlib, ərazini xeyli ələk-vələk elədilər. Lakin o vicdansızı tapmaq mümkün olmadı. Çevik Polis Alayının bu polisləri hadisə barədə ərazi üzrə Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə xəbər verdilər. Birgə əməliyyat qrupu yaradıldı. Mən də onlarla birlikdə axtarışda olduq. Uşağın anası da bölməyə dəvət olundu və ana eşitdiyi hadisədən sarsıldı. Səhəri günü Çevik Polis Alayının baş leytenantı İ.Sadıqov və çavuş Hafiz Məmmədov, həmçinin hadisənin şahidi kimi mən də həmin ərazidə olan bütün obyektləri, mağazaları, tikinti gedən yerləri gəzdik. Uşağı zorlayan şəxsi yeni inşa edilən binanın 8-ci mərtəbəsində tapdıq. Polislər onu həbs etdilər". 

Rauf adlı bu şəxsin əvvəllər Cinayyət Məcəlləsinin 221-ci maddəsi ilə məhkum olunduğu məlum olub. 

Fakt üzrə cinayət işi başlanıb, istintaq gedir. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
45 yaşlı kişi 8 yaşlı uşağı zorladı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.