Ölkə

Bakıda binada YANĞIN - YENİLƏNİB - VİDEO - FOTO

24 İyul 2017 11:08
1 Şərh     Baxış: 6 241
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11:08

Bakının Yasamal rayonunda yaşayış binasında baş verən yanğın nəticəsində binanın dam örtüyü 350-400 kvadratmetr sahədə yanıb.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki,  bunu Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov bildirib.
 
Onun sözlərinə görə, yanğının səbəbləri əlaqədar qurumlar tərəfindən araşdırılacaq və müvafiq qərar veriləcək. Qeyd olunub ki, yanğın zamanı ziyan çəkən sakinlərə müvafiq yardım göstəriləcək.
 
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov  deyib ki, ilkin ehtimala görə, yanğın elektrik naqillərində qısaqapanmadan baş verib.
 
Yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb, sakinlər təxliyə edilib.

-----------

10:57

Bakıda yaşayış binasında yanğın başlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonu İnşaatçılar prospekti 152-154 ünvanında yerləşən 5 mərtəbəli binada qeydə alınıb.

Binanın damında başlayan yanğının bir neçə mənzilə keçdiyi bildirilir. Sakinlər təxliyə olunub.
 
Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.

--------

10:38

Bakıda yaşayış binasında baş verən dəhşətli yanğın davam edir.

Milli.Az lent.az-a istinadən bildirir ki, Yasamal rayonu İnşatçılar prosespekti 44 "Hyatt Regens" oteli ilə üzbəüz yaşayış binasının damı hələ də yanır.

Bildirildiyinə görə, FHN-də yanğın "2 dərəcəli çağırış" kimi qiymətləndirilib. Yanğınsöndürənlər hadisə yerindədir və açıq alovun söndürməyə çalışırlar. Hazırda yanğın davam edir

---------

09:50

Hadisə şahidlərinin Milli.Az-a verdiyi məlumata görə, yanğın baş verən ərazidə yol bağlanıb. Yanğın davam edir.

-----------

09:39

Bakıda İzmir parkının yaxınlığında yerləşən yaşayış binasında yanğın başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yanğın baş verən binanın sakinləri təxliyə edilib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub və yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Milli.Az

Videoları izləmək üçün aşağıdakı şəkillərə klikləyin.​ Bakıda bina yanır - 2

Bakıda bina yanır - 1

Bakıda bina yanır - 3

Bakıda bina yanır - 4

Bakıda yaşayış binasında yanğın başlayıb

Bakıda binada YANĞIN - 24.07.2017 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.