Ölkə

Bakıda universitet binasında YANĞIN - 9 nəfər tüstüdən zəhərləndi - YENİLƏNİB - FOTO

22 İyul 2017 16:42
8 Şərh     Baxış: 7 810
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:42

Nərimanov rayonunda Bakı Biznes və Kooperasiya kollecinə məxsus hal-hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 1800 m2 olan birmərtəbəli idman zalının xarici divarına vurulmuş içərisi penoplast materialdan ibarət olan panel üzlükləri 150 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yanğın zamanı yaxınlıqda yerləşən Kooperasiya Universitetində olan 9 nəfər (onlardan 4 nəfər nəzarətçi müəllim və 5 abituriyent) tüstüdən zəhərlənmiş halda Təcili Tibbi Yardım Xidməti tərəfindən 1 saylı şəhər xəstəxanasının toksikologiya şöbəsinə aparılıb və onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

-----------

14:20

Bakıda universitetdə baş vermiş yanğın söndürülüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib. Həmin şəxslər Toksikologiya Mərkəzinə aparılıb.

Onlar -  Aidə Seyfullayeva, Tərlan Mirzəyeva, Məlahət Məmmədova, Cəfər Quliyevdir.
 

---------

13:41

Milli.Az "ölkə.az"a istinadla xəbər verir ki, yanğın vaxtı bina ərazisində imtahanlar keçirilirmiş.

Saytın hadisə yerində olan müxbiri Səxavət Məmməd bildirir ki, yanğın nəticəsində otaqlara tüstü dolub. Bu səbəbdən imtahan verənlər təxliyyə edilib.

Hadisə yerinə gələn Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dərhal otaqların boşaldılmasını tələb edib.

Dövlət rəsmisi imtahanın vaxtını təxirə salıb və qeyd edib ki, dəyişdirilən imtahan vaxtı haqqında bu yaxınlarda açıqlama veriləcək.

-----------

13:33

Kooperasiya Universitetində baş vermiş yanğın lokallaşdırılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hazırda yanğınsöndürənlər yanğını tamamilə söndürməyə çalışırlar.

------------

13:02

Fövqəladə Hallar Nazirliyi (FHN) Kooperasiya Universitetindəki yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, Nərimanov rayonunda Azərbaycan Kooperasiya Universitetinin idman zalında elektrik naqilləri yanır.

Hazırda Azərbaycan Kooperasiya Universitetinin əsas binasında qəbul imtahanları gedir. Yanğının imtahan gedən binaya keçmə ehtimalı yoxdur. Yanğın zamanı xəsarət alan olmayıb.

Əlavə məlumat veriləcək.

----------

12:33

Bakıda Kooperasiya Universitetinin binasında yanğın başlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yanğın universirtetin Ziya Bünyadov prospekti 30 ünvanında yerləşən binasının idman zalında qeydə alınıb.
 
Hazırda yanğınsöndürənlər yanğını söndürməyə çalışırlar. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.