Ölkə

Bakıda maşının nömrə yerinə "seks" yazan sürücü yaxalandı - FOTO

22 İyul 2017 09:57
17 Şərh     Baxış: 9 679
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda avtomobilin nömrə nişanına müdaxilə edən sürücü saxlanılıb.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə bu gün "Beşmərtəbə" dairəsi yaxınlığında baş verib. Belə ki, idarə etdiyi "BMW" markalı, 99 EX 551 dövlət nömrə nişanlı avtomobilin nömrəsinə biabırçı şəkildə müdaxilə edən sürücü Anar Şükürov saxlanılıb. Yol polisləri hesab edib ki, Anar Şükürov avtomobilin nömrəsindəki EX hərflərinin əvvəlinə plamastrla S hərfi artırmaqla nömrənin üzərindəki Azərbaycan bayrağına qarşı hörmətsizlik edib və qayda pozub. Belə ki, o, bu hərəkəti ilə dövlət nömrə nişanına müdaxilə edərək standartdan kənar vəziyyətə gətirib. EX seriyasını "SEX" kimi göstərən sürücü saxlanılara avtomobili cərimə meydançasına salınıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.