Ölkə

Ramil Usubov rəisi işdən çıxardı

21 İyul 2017 18:53
Baxış: 11 740
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biləsuvar rayonunun Səmədabad Polis Bölməsinin rəisi polkovnik-leytenant Əjdər Hacıyev vəzifəsindən azad olunub. 

Milli.Az report.az-a istinadən bildirir ki, o, daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə Cəlilabad Rayon Polis Şöbəsinin əməliyyat üzrə birinci müavini təyin olunub. Ə.Hacıyevin yerinə isə polkovnik-leytenant Arif Salmanov təyin olunub. O, bu vaxta qədər Neftçala Rayon Polis Şöbəsinin qərargah rəisi olub.

Daxili işlər nazirinin digər əmri ilə Biləsuvar Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini polkovnik-leytenant Mehman Abışov vəzifəsindən azad olunaraq, Cəlilabad Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyin edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.