Ölkə

SHXÇDX Azərbaycan mətbuatının rolunu yüksək qiymətləndirir

21 İyul 2017 17:51
Baxış: 829
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) Azərbaycan milli mətbuatının yaranmasının 142-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Milli.Az xəbər verir ki, tədbirdə çıxış edən Xidmət rəisinin birinci müavini general-mayor Zaur Abdullayev media nümayəndələrini təbrik edərək, milli mətbuatın keçdiyi inkişaf mərhələlərindən danışıb.

General-mayor Zaur Abdullayev bildirib ki, "Əkinçi" qəzetinin nəşri ilə bünövrəsi qoyulan mətbuat bu gün cəmiyyətimizi bütün sahələrdə informasiya ilə təmin etməyə nail olub. Xidmət rəisinin birinci müavini Ümummilli lider Heydər Əliyev tərəfindən senzuranın ləğv edilməsi ilə müstəqil mətbuatın inkişafında yeni mərhələnin başlandığını qeyd edib: "Bu gün də mətbuata dəstək cənab Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Jurnalistlərin sosial problemlərinin həlli istiqamətində mütəmadi olaraq mühüm əhəmiyyətə malik layihələr həyata keçirilir".

Ölkədə hərbi-vətənpərvlik ruhunun aşılanmasında medianın rolunu yüksək qiymətləndirən Z.Abdullayev SHXÇDX ilə mətbuat orqanları arasında sıx əməkdaşlıq münasibətlərinin formalaşdığını vurğulayıb.

Tədbirin sonunda Xidmətlə yaxından əməkdaşlıq edən jurnalistlərə "Hərbi vətənpərvərliyin təbliğində xidmətlərinə görə" diplom və qiymətli hədiyyələr təqdim olunub. Diplomla təltif olunanlar arasında Milli.Az Xəbər portalının əməkdaşı da olub.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.