Ölkə

"Şəhid olmuş bütün hərbçilərin ailələri nəzarətə götürülüb" - General Abdullayev

21 İyul 2017 17:23
Baxış: 5 043
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün hərbçilərin ailələri nəzarətə götürülüb.

Milli.Az xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev bunu 22 iyul - Milli Mətbuat Günü ərəfəsində bir qrup jurnalistlə görüşündə bildirib.

General-mayor Z.Abdullayev qeyd edib ki, Xidmət istər bir ay, istər, bir il əvvəl, istərsə də daha əvvəlki illərdə şəhid olmuş bütün hərbi qulluqçuların ailələrinə diqqət və qayğı göstərməyə çalışır:

"Başda Xidmət rəisi olmaqla biz Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandanın əmrini yerinə yetiririk. Mütləq deyil ki, biz onlara maddi yardım edək. Övladını, ailə başçısını itirmiş hər bir ailəyə mənəvi dəstəyin də verilməsi böyük şeydir. Əsas odur ki, onlar özlərinə qarşı dövlətin dəstəyini hiss etsinlər. Bəzən olur ki, onlar problemlərinin həlli ilə əlaqadər bizə müraciət edirlər, biz də həmin müraciətləri lazımi dövlət orqanlarına yönləndiririk. Bəzən adicə ərizələrin yazılmasına da köməklik göstəririk. Bu bizim borcumuzdur və  Dövlət Xidməti bu işi bundan sonra da davam etdirəcək".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.