Ölkə

Oğlu "Porsche" ilə piyadanın üstündən keçən polis rəisi haqqında araşdırma başladı - VİDEO

21 İyul 2017 17:19
4 Şərh     Baxış: 2 065
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Bakıda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb. 

Milli.Az apa.tv-yə istinadən xəbər verir ki, iyulun 19-da Sabunçu rayonu ərazisində 1 nəfər piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi faktı üzrə həmin tarixdə Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
 
Aparılmış təxirəsalınmaz ilkin ibtidai istintaq hərəkətləri nəticəsində müəyyən edilib ki, 19 iyul 2017-ci il tarixdə saat 00:50-də Həsən Həsənov idarə etdiyi "Mercedes-Benz 208D" markalı mikroavtobusla Sabunçu qəsəbəsindəki Heydər Əliyev prospekti ilə Beynəlxalq Hava Limanı  istiqamətində hərəkətdə olarkən prospektin həmin hissəsində yerüstü piyada keçidi olduğu halda, prospekti keçid olmayan yerdən orta dərəcəli sərxoş vəziyyətdə keçmək istəyən piyada - Göyçay rayon sakini Mirmehdi Musayevi avtomobilin sol yan güzgüsü ilə vuraraq onunla eyni istiqamətdə hərəkətdə olan Əhəd Kərimovun idarə etdiyi "Porsche Cayenne" markalı avtomobilin hərəkət yoluna atıb və avtomobil piyadanın üzərindən keçib. M.Musayev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Bundan sonra hər iki avtomobilin sürücüsü dayanaraq hadisə yerini tərk etməyib.
 
Bundan başqa, müəyyən edilib ki, "Porsche Cayenne" markalı avtomobilin sürücüsü Əhəd Kərimov paytaxtdakı şirkətlərdən birində menecer vəzifəsində çalışır, atası - Şirvan Şəhər Polis Şöbəsinin Təhqiqat bölməsinin rəisi Hikmət Kərimov ilə anasının nikahları 1994-cü ildə rəsmi qaydada pozulub, Əhəd Kərimov isə həmin vaxtdan Bakı şəhərində dayısının himayəsində yaşayır. İdarə etdiyi "Porsche Cayenne" markalı avtomobili bu il internet vasitəsilə verilmiş elan üzrə Bakı şəhərində alıb.
 
Şirvan Şəhər Polis Şöbəsinin Təhqiqat bölməsinin rəisi Hikmət Kərimovun qeyd olunan avtomobilin alınmasında hər hansı formada rolunun, maliyyə dəstəyinin, qanunazidd hərəkətlərinin olub-olmamasını müəyyən etmək üçün Daxili İşlər Nazirliyində xüsusi xidməti yoxlama təyin edilib.
 
Cinayət işi Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun rəhbərliyinin xüsusi nəzarətinə götürülüb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Oğlu

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.