Ölkə

Bakıda 17 və 15 yaşlı bacılar yoxa çıxdı

21 İyul 2017 13:27
1 Şərh     Baxış: 1 995
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda iki bacı itkin düşüb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Abşeron rayon sakini olan 2000-ci il təvəllüdlü Məcnunova Həqiqət Elton qızı və onun 15 yaşlı bacısı Aytəkin dünən səhər saatlarında paytaxt ərazisində itkin düşüb. Qızların yaxınları bu barədə polisə müraciət edib və onların xarakterik əlamətlərini, eləcə də fotolarını təqdim ediblər.

Bildirilir ki, gənc qızlar son olaraq Bakı şəhər Nəsimi rayonu Cavadxan küçəsində tanışlarının evində olublar və həmin mənzili tərk edəndən sonra onlar barədə məlumat almaq mümkün olmayıb.
 
Axtarış tədbirləri həyata keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.