Ölkə

Şah İsmayıl Xətainin Bakıdakı heykəli götürülür? - AÇIQLAMA - YENİLƏNİB

21 İyul 2017 13:45
3 Şərh     Baxış: 2 436
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:45

"Şah İsmayıl Xətainin heykəlinin yerinin dəyişdirilməsi ilə bağlı bizim quruma hər hansı məlumat daxil olmayıb".
 
Milli.Az bildirir ki, bunu APA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov deyib.
 
Onun sözlərinə görə, hazırda heykəlin yerinin dəyişdirilməsi məsələsi müzakirə olunmur: "Bu gün üçün deyə bilərəm ki, Xətainin heykəlinin yerinin dəyişdirilməsi ilə bağlı bizdə hər hansı məlumat yoxdur. Sabah nə olacaq, o haqda danışmaq tezdir. Gələcəkdə dövlət əhəmiyyətli hər hansı proqram həyata keçirilərsə, abidənin yerinin dəyişdirilməsi mümkün ola bilər. Yenə təkrar edirəm ki, bu gün üçün həmin heykəlin yerinin dəyişdirilməsi haqda məndə heç bir məlumat yoxdur". 
 
Z. Bağırov əlavə edib ki, məsələ ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə yol istismarı və nəqliyyatın təşkilini həyata keçirən hər hansı qurumdan müraciət daxil olmayıb.

----------

13:13

Bakıda Yusif Səfərov küçəsindəki Şah İsmayıl Xətainin heykəli götürüləcək.

Milli.Az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Qurum rəsmisi bildirib ki, heykəlin köçürülməsinə səbəb həmin ərazidə yol kəsişməsinin salınmasının nəzərdə tutulması ilə bağlıdır:

"Yusif Səfərov küçəsilə Afiyəddin Cəlilov küçələrində kəsişmələr olacaq. Bununla bağlı artıq lazımi qurumlara müraciət etmişik. Müraciətə cavab veriləndən sonra heykəl oradan götürülərək başqa əraziyə köçürüləcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.