Ölkə

395 nəfərə kəskin mədə bağırsaq iltihabı diaqnozu qoyuldu

21 İyul 2017 12:58
0 Şərh     Baxış: 2 437
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə (KTM) stasionar müalicə üçün bu il yanvarın 1-dən iyulun 1-dək 71 nəfər qida zəhərlənməsi, 395 nəfər kəskin mədə bağırsaq iltihabı diaqnozu ilə daxil edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin Mədə-bağırsaq şöbəsinin müdiri, Bakı şəhərinin baş infeksionisti Gülnarə Babayeva deyib.

Şöbə müdiri əlavə edib ki, KTM-ə stasionar müalicə üçün bu il yanvarın 1-dən iyulun 1-dək 71 nəfər qida zəhərlənməsi, 395 nəfər kəskin mədə bağırsaq iltihabı diaqnozu ilə daxil edilib. Həmin şəxslərin 430-u rayon sakinləri, 36-sı Bakı sakinidir. Müraciət edənlər daha çox 20-45 yaşlılar olub.

G.Babayeva deyib ki, KTM-ə 13 nəfər botulizm diaqnozu ilə daxil olub.

Bu rəqəmlər ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb.

Baş infeksionist deyib ki, son 3 ildə qarpızla zəhərlənmələr qış aylarında da olur: "Qarpız soyuducuda çox saxlanılmamalıdır. İmkan varsa, qarpız ümumiyyətlə kəsilmiş halda saxlanılmasın. Ağlagəlməz məhsullardan da zəhərlənmələr olur. Bəzən kiflənmiş qatıqdan, lavaş, pendirdən də olur".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.