Ölkə

Cəlilabad sakininin həyətində 139 ədəd çətənə kolu aşkarlandı - VİDEO - FOTO

21 İyul 2017 09:57
1 Şərh     Baxış: 1 287
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəlilabadda evində nakotik tərkibli bitki becərən şəxs saxlanılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən rayonun Qarazəncir kənd sakini Rəşid Qasımovun həyətyanı sahəsinə baxış keçirilib.
Baxış zamanı həyətyanı sahədən aqrotexniki qaydada becərilmiş 139 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilib. Çətənə kolları kökündən çıxarılaraq qablaşdırılıb və hal şahidlərinin iştirakı ilə maddi sübut kimi götürülərək şöbəyə gətirilib.

Faktla bağlı Cəlilabad rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Videonu izləmək üçün şəklə klikləyin:

Cəlilabadda narkotik istifadəçisi tutuldu 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.