Ölkə

"Nardaran işi"ndə həbs olunanlar hakimə ayaqqabı atdılar

20 İyul 2017 17:25
Baxış: 1 419
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Apellyasiya Məhkəməsində "Nardaran hadisələri"nə görə təqsirləndirilən Taleh Bağırov, Fuad Qəhrəmanlı və digər 16 nəfərin barəsindəki hökmdən verilən apellyasiya şikayəti  üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Əmir Bayramovun icraatında olan prosesdə gərginlik yaşanıb.

Təqsirləndirilən şəxslər çıxış edərkən hakim fasilə elan edib. Fasilədən sonra isə çıxış etmək üçün prokurora söz verib. Təqsirləndirilən buna etiraz ediblər və çıxışlarına davam etmək istədiklərini bildiriblər. Lakin onların istəyi nəzərə alınmayıb. Bu zaman həmin şəxslər ayaqqabılarını çıxararaq hakimlərə atıblar. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.