Ölkə

Bakıda tüfəngdən atəş açan şəxs tutuldu

20 İyul 2017 17:16
0 Şərh     Baxış: 881
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda odlu silahdan atəş açan və qəza törədən şəxs tutulub

Milli.Az DİN-ə istinadən xəbər verir ki, iyulun 20-də saat 1:00 radələrində üzərində dövlət qeydiyyat nişanları olmayan "Lexus" markalı avtomobildə Abşeron rayonu ərazisindəki hotellərdən birinin qarşısına gələn naməlum sürücü ilə oranın mülki gözətçisi arasında münaqişə baş verib.
 
Sürücü avtomobildə hadisə yerini tərk etdikdən 15-20 dəqiqə sonra geriyə qayıdıb, odlu silahdan havaya atəş açıb, avtomobilini arxaya verərkən orada dayanan "Toyota" markalı avtomobili vurub və oranı tərk edib.
 
Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin dövlət qeydiyyat nişanları müəyyən edilib və hadisəni törətməkdə şübhəli bilinən Masazır qəsəbə sakini Ramil Mirzəyev tutulub.
 
Ondan "Stoger" markalı ov tüfəngi götürülüb.        
 
Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.