Ölkə

Azərbaycanda orqan köçürülən 9 xəstə qadın dünyaya övlad gətirdi

20 İyul 2017 14:00
0 Şərh     Baxış: 1 477
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanda orqan köçürülən 9 xəstə qadın dünyaya övlad gətirib".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, indiyə qədər Azərbaycanda 107 xəstəyə qaraciyər, 356 xəstəyə isə böyrək köçürülüb.

Əvvəllər orqan dəyişdirmək istəyən xəstələrin daha çox xaricə üz tutduqlarını deyən M.Kazımi qeyd edib ki, əvvəllər xəstələrin 40 faizi xaricə gedib qayıdanlar olurdu. Lakin bu gün xəstələrin 95 faizi artıq xaricə getmir.

Şöbə müdiri qeyd edib ki, digər problem meyitlərdən orqan köçürülməsi işinin təşkil edilməsidir: "Bu, hazırda bizim ölkəmizdə mümkün deyil. Azərbaycanda ancaq qohum donorların orqanlarından istifadə olunur. Hazırda bununla bağlı qanunvericiliyə dəyişikliklər edilməsi məsələsi müzakirə olunur".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.