Ölkə

Sabahın HAVAsı

20 İyul 2017 13:00
259 Şərh     Baxış: 4 609
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 21-də Bakı və Abşeron yarımadasında hava günəşli olacaq. Şimal-şərq, şərq küləyi əsəcək.

ETSN-dən Milli.Az-a verilən məlumata görə, havanın temperaturunun gecə  22-26° isti, gündüz  35-38°, bəzi yerlərdə 40° isti, Bakıda gecə  23-25° isti, gündüz  36-38° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  normadan aşağı 757 mm civə sütunu  təşkil edəcək.
 
Nisbi rütubət  45-55%  olacaq. 
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  27-28°, Türkan, Hövsan, Sahil, Şıxda  28-29° isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi  gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək .
 
Havanın temperaturunun gecə  20-25° isti, gündüz  35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 15-20° isti, gündüz  26-31° isti olacağı gözlənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.