Ölkə

Salyanda 13 yaşlı oğlan qarpız daşıdığı "Muravey"i aşırdı və…

19 İyul 2017 17:48
2 Şərh     Baxış: 2 066
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Salyan şəhərinin 20 Yanvar küçəsində 13 yaşlı oğlan idarə etdiyi "Muravey" markalı motosikleti aşırıb.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, Salyan şəhəri, 20 Yanvar küçəsində yaşayan 2004-cü il təvəllüdlü Nəcəfov Nihad Səfər oğlunun idarə etdiyi qarpız dolu kiçik tutumlu yük motosikleti hərəkətdə olarkən aşıb.

Nihad və qardaşı bu motosikletlə qarpız daşıyaraq məhəlləarası satmaqla məşğul imiş.

Hadisə nəticəsində sağ oturaq sümüyüynün və bud sümüyünün sınıqları xəsarəti alan Nihad Nəcəfov Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.