Ölkə

Azərbaycanda yol polisindən ibrət olası davranış: "Sağ ol, polis əmi!" - FOTO

19 İyul 2017 13:53
7 Şərh     Baxış: 3 824
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial şəbəkələrdə tez-tez yol polisləri ilə bağlı neqativ görüntülərin şahidi olsaq da, indi deyəcəyim etdiyi jestlə xəbərdən agah olanların xoş sözlərini qazanıb.

Milli.Az xəbər verir ki, iki gün öncə sərnişinlə dolu Bakı-Mingəçevir mikroavtobusu qızmar istilərin hökm sürdüyü günorta saatlarında xarab olaraq yolda qalıb. Bu zaman olaydan xəbər tutan ərazinin yol polisi hadisə yerinə gələrək sərnişinlərin köməyinə çatıb.

Taleh Məmmədov adlı istifadəçinin Facebook hesabında hadisəni qeyd etdiyi kimi təqdim edirik:

"Pis şeyləri tez yazırıq. Ancaq bu dəqiqələrdə Bakı-Mingəçevir marşrutu xarab olub, içi dolu sərnişin, mən daxil. Nəvai postunun Yol Patrul Xidmətinin işçisi, 99-YP-868 maşını sürən polis öz pulu ilə bütün sərnişinlərə sərin su alıb gətirdi. 38 dərəcə istidə.

Təşəkkürlər, polis əmi! Səndən bir az çox olsa, yaxşı olar. Paylaşaq, qiymətləndirsinlər belə polislərimizi".

Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.