Ölkə

Şagirdlərə yeni attestatların verilməsinə başlanıldı

18 İyul 2017 17:27
0 Şərh     Baxış: 1 901
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə IX və XI sinfi birtirən məzunlara yeni attestatlar verilir. 

Milli.Az xəbər verir ki, İdarədən report-a verilən məlumata görə, IX sinfi başa vuranlara bu il şəhadətnamə deyil, attestat təqdim olunur. 

Ümumi orta təhsil səviyyəsini xüsusi nailiyyətlərlə bitirən məzunlara fərqlənmə, digər hallarda isə adi attestat verilir.

XI sinfi qızıl və ya gümüş medalla təltif olunmaqla başa vuran məzunlara xüsusi nümunəli, əlaçılara fərqlənmə, digər hallarda isə tam orta təhsil haqqında adi attestat verilir.

Təhsil sənədlərinin forma və məzmununda da dəyişikliklər var. Attestatlarda təhsil müddətində hər bir fənn üzrə tədris olunan saatların ümumi miqdarı, illik və imtahan qiymətləri yazılır.
Tam orta təhsil haqqında attestatda şagirdin bitirdiyi sinfin təmayül istiqaməti də qeyd olunur.
Ümumi orta təhsil haqqında fərqlənmə attestatının üzlüyü qırmızı, adi attestatın üzlüyü isə yaşıl rənglidir.

Qızıl medalla təltif olunan məzunların tam orta təhsil haqqında xüsusi nümunəli attestatının üzlüyü sarı (qızılı), gümüş medala layiq görülənlərin xüsusi nümunəli attestatının üzlüyü boz (gümüşü), fərqlənmə attestatının üzlüyü qırmızı, adi attestatın üzlüyü isə yaşıl rənglidir.
Qeyd edək ki, attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən "Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası" əsasında məzunlara təqdim olunur.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.