Ölkə

Bakıda klassik avtomobillərin yürüşü olacaq - FOTO

18 İyul 2017 15:39
Baxış: 1 994
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Avtomobil Federasiyası (AAF) avqustun 26-da klassik avtomobillərin yürüş və sərgisini təşkil edəcək.

Milli.Az xəbər verir ki, Federasiyadan Trend-ə verilən məlumata görə, bununla əlaqədar olaraq AAF klassik avtomobil sahiblərini tədbirdə iştiraka dəvət edir.

1980-ci ilədək istehsal olunan klassik avtomobillərin sahibləri 22 avqust saat 18:00-dək Avtomobil Federasiyasında qeydiyyatdan keçə bilər.

İştirak etmək istəyən şəxslərdən qeydiyyat üçün Avtomobil Federasiyası ilə (012) 505 60 03 və ya (050) 295 01 00 telefon nömrələri, eləcə də [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlamaları xahiş olunur.

Qeydiyyatdan keçən avtomobil və sahibləri 26 avqust saat 15:30-da Heydər Əliyev Mərkəzinin qarşısında olmalıdır.

Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək avtomobillər Bakı şəhəri üzrə yürüş edəcək.

Yürüşdən sonra Mərkəzin parkında konsert və əyləncə proqramı təşkil olunacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.