Ölkə

Bakıda adı əxlaqsız təklifdə hallanan makler döyüldü - VİDEO

18 İyul 2017 12:10
1 Şərh     Baxış: 4 779
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda ev alqı-satqısı ilə məşğul olan şəxs döyülüb.

Milli.Az apa.tv-yə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində, Ramana qəsəbəsində baş verib. 33 yaşlı Vəliyev Laçın Əli oğlu mübahisə zəminində döyülüb. O, ağır vəziyyətdə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
 
Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə məlumat verilib, araşdırma aparılır.
 
Qeyd edək ki, ev alqı-satqısı ilə məşğul olan Laçın Vəliyev barəsində bir müddət əvvəl mətbuatda xəbərlər yayılmışdı. Ramana qəsəbəsində ondan ev alan Ləman Heydərova Laçın Vəliyevi 42 min manat müqabilində söz verdiyi evi yarımçıq təhvil verməkdə günahlandırmışdı. Qadının iddiasına görə, makler evinə hücum edib və evi onun adına rəsmiləşdirmək üçün əxlaqsız təklif edib. Makler isə mətbuata açıqlamasında bu iddiaların böhtan olduğunu bildirib.
 
İlkin ehtimala görə, Laçın Vəliyevin döyülməsinə bu mübahisə səbəb olub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda qadın ev sahibinə əxlaqsızlıq təklif etmiş makleri döyüb xəstəxanalıq etdilər

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.