Ölkə

Yol polisini ayağa qaldıran türk xanımla bağlı AÇIQLAMA - YENİLƏNİB - VİDEO

18 İyul 2017 17:52
14 Şərh     Baxış: 6 876
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:52

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov ötən gün Bakıda qadınla Dövlət Yol Polisi əməkdaşları arasında mübahisənin baş verdiyini təsdiqləyib.

Milli.Az bildirir ki, bu barədə V.Əsədov oxu.az-a açıqlamasında bildirib.

Şöbə rəisinin sözlərinə görə, dünən (17 iyul) saat 16:30-da Abdulla Şaiq və Balababa Məcidov küçələrinin kəsişməsindəki hərəkət yalnız düzünə əmredici nişanın tələbini pozaraq, sağa dönmə əməliyyatı aparıb, həmin küçədə "giriş qadağandır" nişanının tərsi zonasına daxil olduğu üçün "Hyundai ix35" markalı avtomobili idarə edən sürücü Yol Polisi tərəfindən saxlanılıb.

"Sözügedən avtomobilin sükanı arxasında Bakıya qonaq gələn Türkiyə vətəndaşı 1993-cü il təvəllüdlü Nisan Dilək Özbəyə törədilən xəta və ona cərimə yazılması ilə bağlı məlumat verilərkən, avtomobildə olan sərnişin, 1989-cu il təvəllüdlü Gülarə Məmmədova polisin əmrinə tabe olmayıb. Ç.M-va polisin qanuni fəaliyyətinə, sənədlərinin yoxlanmasına, İnzibati Xəta haqqında protokol tərtib etməsinə mane olmağa çalışıb. Bilərəkdən səs-küy yaradıb, ətrafdakıların diqqətini cəlb edib. Yol Polislərinə qarşı xoşagəlməz hərəkətlər nümayiş etdirib. "Bu, mənim qonağımdır. Siz ona heç nə edə bilməzsiniz. Niyə ona cəza yazırsınız, qonaqdır", - deyə xanıma yaraşmayan tərzdə polis müfəttişlərinin əmrinə tabe olmayıb", - deyə V.Əsədov qeyd edib.

Onun sözlərinə görə, Yol Polisinin əməkdaşları hadisə zamanı təmkin nümayiş etdirərək, qanunvericiliklə nəzərdə tutulmuş tələb üzrə hərəkət edib, aidiyyəti üzrə Post Patrul Xidmətinə məlumat veriblər: "Qanunvericiliklə nəzərdə tutulmuş qaydada sözügedən əraziyə aidiyyəti üzrə iki Post Patrul avtomobili ilə gələn polis müfəttişləri xanımları şəxsi avtomobilləri ilə birgə yaxınlıqdakı Bakı şəhər Polis bölməsinə dəvət ediblər. Burada polis bölməsinə dəvət edilərkən sükan arxasında olan D.Ö-yə polisin fəaliyyətinə mane olduğu üçün törətdiyi xəta ilə bağlı protokol tərtib olunub. Sükan arxasında olan xanımın yanında olan sərnişin Ç.M-va da İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (İctimai qayda, İctiami təhlükəsizlik və İctimai mənəviyyat əleyhinə olan inzibati xətalar) ilə protokol tərtib edilib. Polis bölməsində xanımların izahatları alınıb, araşdırma aparılıb, səs yazıları yoxlanılıb, kamera görüntülərinə baxılıb və cərimə tətbiq olunub. Daha sonra isə xanımlar sərbəst buraxılıb".

V.Əsədov sükan arxasında olan xanım sürücünün içkili olmadığını əlavə edib.

Qeyd edək ki, ötən gün Bakıda qadınla Dövlət Yol Polisi əməkdaşları arasında mübahisə düşüb. Hadisə zamanı xanım hətta intihara cəhd edib, özünü ərazidə hərəkət edən avtomobilin altına atmaq istəyib.

---------

10:49

Bakıda qadınla Dövlət Yol Polisi əməkdaşları arasında mübahisə düşüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, türk vətəndaşı "Hyundai ix35" markalı avtomobillə Yasamal rayonu Balababa Məcidov küçəsində yol qaydalarını pozduğu üçün DYP əməkdaşları tərəfindən saxlanılıb. Hüquq-mühafizə əməkdaşları qadının sərxoş olmasında şübhələniblər. Onlar xanım sürücünü ekspertiza aparılması üçün müəyyən prosedurlardan keçməyi dəvət edib, avtomobili isə müvəqqəti dayanacağa aparmaq istəyiblər.

Lakin sürücü yol polisləri ilə razılaşmayıb, hətta polisi rüşvət götürməkdə ittiham edib. O, ətrafda olanlara bildirib ki, bir neçə müddət öncə oxşar hadisəyə görə 1000 manat DYP əməkdaşlarına rüşvət verərək cəzadan yayına bilib. Daha sonra o, bu dəfə də bağışlamasını istəyib. 

Xanım qeyd edib ki, yol polisi onu saxladığı zaman hücum edib, qolu yaralanıb, buna görə də onlarla heç yerə getməyəcək: "Mən heç yerə getməyəcəm, mənim meyitimi götürərsiniz". 

Hadisə zamanı xanım hətta intihara cəhd edib, özünü ərazidə hərəkət edən avtomobilin altına atmaq istəyib.
 
Hadisə yerinə çoxlu sayda DYP və PPX əməkdaşları cəlb olunub. Məsələni araşdırması üçün xanımı Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsi aparıblar.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, xanım sürücü ilə bağlı araşdırmalar gedir, güman edirik ki, sürücü hay-küy salmaqla, məsuliyyətdən yayınır. Etiraz etmək sürücünün haqqıdır. Baş vermiş faktla bağlı ətraflı məlumat verəcəyik.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.