Ölkə

Bakıda yanğında ölən kişinin ailəsi fəryad qopardı - YENİLƏNİB - VİDEO - FOTO

18 İyul 2017 20:38
7 Şərh     Baxış: 19 736
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20:38

Bakının Yasamal rayonunda iki mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən atelyə yanıb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, hadisə zamanı bir nəfər ölüb.

Yanğın baş verən ərazidə bir nəfərin meyidi aidiyyatı üzrə təhvil verilib. Yanğın nəticəsində həyatını itirən 67 yaşlı Mustafa Yusifov həmin atelyədə dərzi kimi çalışıb.

İlkin ehtimala görə yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub.

13:18

Bu gün səhər saatlarında Bakıda, Cəfər Cabbarlı küçəsi 28 ünvanındakı atelyedə güclü partlayışla müşahidə olunan yanğın baş verib. Nəticədə, həmin atelyedə dərzi işləyən Yevlax rayon sakini Mustafa Yusifov dünyasını dəyişib, alovu söndürməyə gələn qonşu Əfrasiyab Əliyev və bir polis yaralanıb.

Milli.Az yenicag.az-a istinadla xəbər verir ki, yanğından 2 saat sonra mərhumun ailə üzvləri: həyat yoldaşı, oğlanları və nəvələri hadisə yerinə gələrək, fəryad qoparıblar. Onları sakitləşdirmək mümkün olmayıb.

"Babamı istəyirəm" deyən nəvələr fəryad edərək, cəsədin olduğu zirzəmiyə daxil olmaq istəyiblər. Mərhumun həyat yoldaşının urəyi gedib.

Mərhumun cəsədi ekspertiza üçün aidiyyatı qurumlara təhvil verilib.

---------

11:07

Bakının Cəfər Cabbarlı 28 ünvanında kimyəvi təmizləmə məntəqəsində baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az bildirilib ki, məlumat daxil olan andan hadisə yerinə yanğınsöndürən briqadaları cəlb edilib.

Yanğının qarşısı saat 9:26-da tam alınıb.

İçəridə qalan tüstüdən zəhərlənərək ölmüş şəxsin meyiti çıxarılaraq aidiyyatı quruma təhvil verilib.

-----------

10:02

Bakının mərkəzində atelye yanır.

Milli.Az yeniçag.az-a istinadən xəbər verir ki, bu dəqiqələrdə Bakıda Cəfər Cabbarlı 28 ünvanında güclü partlayış baş verib. Hadisə şahidlərinin dediklərinə görə, içəridə kimyəvi təmizləmə maddələri olub. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası bir saatdan artıqdır ki, Yanğını söndürməyə cəhd edirlər. FHN əmkdaşları hazırda atelyenin qapısını sındırıb içəri girməyə cəhd edirlər. İki polis əməkdaşı, bir sakin yaralanıb.

Atelyedə dərzi işləyən Mustafa adlı 67 yaşlı şəxs dünyasını dəyişib. İlkin məlumata görə, onun tüstüdən zəhərləndiyi bildirilir. Meyit içəridən çıxarılmayıb. Aidiyyatı qurumların əməkdaşlarının gəlişi gözlənilir. Qonşu Nərminə Əliyevanın dediklərinə görə, onun həyat yoldaşı Əfrasiyab Əliyev kömək etmək istəyərkən müxtəlif yanıq xəsarətləri alaraq, xəstəxanaya çatdırılıb. Vəziyyəti ağırdır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda dərzi sexi yandı, 1 ölü

Bakıda güclü partlayış: ölən və yaralananlar var

Yanğında ölən kişinin ailəsi fəryad qopardı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.