Ölkə

Naxçıvan daxili işlər naziri ilə bağlı RƏSMİ AÇIQLAMA

17 İyul 2017 18:07
Baxış: 2 226

"Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Əhməd Əhmədovun işdən çıxarılması barədə yayılan məlumatlar yalandır".

Milli.A zxəbər verir ki, bu açıqlamanı bizimyol.info saytının sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və informasiya şöbəsinin rəisi Faiq Səfərov deyib. O vurğulayıb ki, general-leytenant Əhməd Əhmədovun işdən çıxarılması və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsi barədə məlumatlar həqiqəti əks etdirmir.

Qeyd edək ki, KİV-də Naxçıvan Muxtar Respublikasında daxili işlər naziri general-leytenant Əhməd Əhmədov vəzifədən çıxarılıb və ev dustaqlığına götürülməsi barədə məlumat dərc edilib. Virtualaz.org yazır ki, onun vəzifəsini haqırda daxili işlər naziri vəzifəsini hazırda müavin icra edir. Xəbərdə muxtar respublikanın polisində yoxlamalar aparıldığı da qeyd edilib. Qeyd edək ki, Əhməd Əhmədov Naxçıvanın Daxili İşlər Nazirliyinə 2000-ci ildən başçılıq edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.