Ölkə

Şəbnəm Tovuzlunun yalanı üzə çıxdı: Konsert bu səbəbdən təxirə salındı - FOTO

17 İyul 2017 17:53
21 Şərh     Baxış: 7 469
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış müğənni Şəbnəm Tovuzlunun Mingəçevirdə planlaşdırılan konserti təxirə salınıb.
 
Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, buna səbəb müğənninin konsertə biletlərinin satılmaması olub.
 
Bu haqda məlumat verən mənbənin dediyinə görə, vəziyyətin ürəkaçan olmadığını görən müğənni vəziyyətdən çıxış yolu axtarıb.
 
O ilk olaraq rayon rəhbərliyinə səhhətinin yaxşı olmadığını deyib. Bu haqda məlumatı Mingəçevir Dövlət Dram Teatrının məsul əməkdaşı Vüsal Məmmədov verib. O qeyd edib ki, konsertə bilet alan tamaşaçılar pullarını geri ala bilərlər.
 
Maraqlıdır ki, Şəbnəm Tovuzlu haqda məhz bu hadisədən sonra daha məlumat yayılıb və onun qəza keçirdiyi yazılıb.
 
Xəbərdə konsertin məhz bu səbəbdən təxirə salındığı da qeyd olunub. Əslində isə Tovuzlu buna görə deyil, konsertə maraq olmadığına görə konserti təxirə salıb. 
 
Daha bir diqqətçəkən məqam isə ondan ibarətdir ki, müğənni Mingəçevir konserti ilə bağlı paylaşımların hamısını 2 gün öncə səhifəsindən silib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.