Ölkə

Bakıda sürücü yol polisinin maşınını BALTALADI

17 İyul 2017 16:21
1 Şərh     Baxış: 1 699
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda yol polisinin saxladığı sürücü müqavimət göstərib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, gecə saat 01:30 radələrində Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinə məxsus 99 YP 504 dövlət nömrə nişanlı xidməti "BMW" "VAZ 21011" markalı, 01 BR 911 nömrəli avtomobili saxlayıb. Məlum olub ki, həmin avtomobili idarə edən Fərid Şükürov sərxoş vəziyyətdədir. Polis əməkdaşları sürücünü müayinədən keçməyə dəvət edib. Bu zaman F.Şükürov etiraz edib və yol polisi əməkdaşları ilə dalaşmağa başlayıb. Polisin tələbinə tabe olmayan sürücü müqavimət göstərib və daha sonra avtomobilindən balta götürərək yol polisinin "BMW"sinə zərbələr endirib.

Hadisə yerinə post patrul xidmətinin əməkdaşları gəlib və müqavimət göstərən şəxs saxlanılıb.
 
Faktla bağlı araşdırmalar aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.