Ölkə

Həbs olunan generalın oğlundan ETİRAF

17 İyul 2017 14:48
7 Şərh     Baxış: 5 249

"Sürücü Rüstəm Orucovun xəbərdarlıqlarına məhəl qoymayıb".

Milli.Az xəbər verir ki, bu sözləri lent.az-a açıqlamasında bu günlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini vəzifəsindən azad edilən general Novruzəli Orucovun oğlu  Rüstəm Orucovun vəkili Pəhləvan Aslanov bildirib.

Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilən Rüstəm Orucov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı İstintaq Təcridxanasına (Kürdəxanı) köçürülüb.

Rüstəm Orucov saxlanılan zaman ona dövlət hesabına vəkil təyin edilib. Həmin vəkil də 11 saylı hüquq məsləhətxanasının əməkdaşı Pəhləvan Aslanovdur.

Vəkil bildirib ki, Binəqədi rayon Məhkəməsində hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə Rüstəm Orucov barəsində sanksiya seçilib: "Rüstəm Orucov məhkəmədə avtobus sürücüsünü döydüyünü etiraf etdi. Bildirdi ki, sürücü onun valideynlərini təhqir edib. Rüstəm onu xəbərdarlıq edib ki, valideynlərini söyməsin. Onun ifadəsinə görə, sürücü bu xəbərdarlığa məhəl qoymayıb və hadisə məhz bundan sonra baş verib. Məhkəmə Rüstəm barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib". 
 
Vəkil bildirib ki, hazırda onunla qohumları tərəfindən müqavilə bağlanmayıb: "Mən dövlət tərəfindən təyin edilmişəm. Hazırda istintaq hərəkətləri aparılır. Hələlik mənimlə müqavilə bağlanmayıb. O da ola bilər ki, ailə üzvləri başqa bir vəkillə müqavilə bağlasınlar". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

7 Şərh:

  • Anonim
    anonim · 17 İyul 15:0091

    goresen general oglu esgerliye gedibdi sehidlerimize ALLAH rehmet etsin yerleri cennet olsun

    Cavab yaz
    • Anonim
      d · 17 İyul 15:2031

      Ola bilsin ki, Cəncədə hərbi hospitalda xidmətinə görə hələ medalla təltif edilsin. Atası istəməyib ki, uşağının ayağı palçığa dəysin.

      Cavab yaz
  • Anonim
    Raul · 17 İyul 15:5520

    indiye qeder afvo qezada olen hamsin bunun kimi genralin ogullaridi sadece qezani arasirmirla

    Cavab yaz
  • Anonim
    Esger · 17 İyul 16:0140

    Ela Oldu. Basgalarina da Ders olsun !!!!

    Cavab yaz
  • Anonim
    Xacmaz. · 17 İyul 17:2040

    Her kese salam.Hec de bunun kimilere ders olmayacaq.Ona gore ki, bunlar o qeder harinlayiblar ki, ozlerine o qeder guvenurler ki, qarwilarinda bir fagir, oz corek pulusunu alin teri ile qazanan birini gorende eqoistlikleri ozleri de bilmeden uze cixir ve bawlayirlar el qol atmaga.Cunku arxalarinda atalari ne bilim kimlerise var onlara guvenirler.Esgerliye qalanda onun yeqin ele bir senedi var ki, lap doyuw bolgesinde xidmet etmiw adam kimi gorune biler.

    Cavab yaz
  • Anonim
    Elşən · 17 İyul 18:2920

    Çox mühüm xəbərdi, sağ ol Milli az, səndən yoxdu

    Cavab yaz
  • Anonim
    Heci · 17 İyul 22:4520

    Generalların ekseriyetinin övladları bu haldadır! Çox tessüfler

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.