Ölkə

Sumqayıtda 7 evdən oğurluq etmiş şəxs tutuldu - YENİLƏNİB -VIDEO - FOTO

17 İyul 2017 18:02
0 Şərh     Baxış: 1 834
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:02

Sumqayıtda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.

Milli.Az ARB 24-ə istinadla xəbər verir ki, Sumqayıt sakini əvvəllər məhkum olunmuş Məzahir Əliyevin mənzillərdən dəyəri 15 min manata yaxın qızıl və 16 min manat pul oğurlamaqla zərərçəkənlərə ümumilikdə 31 min manat maddi ziyan vurduğu müəyyən edilib.

Məzahir Əliyev - Saxlanılan şəxs: "Baxırdım qapıda qıfıl yoxdu, bilirdim ki, evdə heç kim yoxdu. Qızıl götürmüşəm, pul olub, bir də kompüter olub".

Növbəti əməliyyat tədbiri nəticəsində isə silsilə velosiped oğurluqları etməkdə təqsirli bilinən Natiq Əliyev tutulub. Araşdırma zamanı həmin şəxsin şəhər ərazisində 7 velosiped oğurladığı məlum olub.

Natiq Əliyev - Saxlanılan şəxs: "Sumqayıt ərazsindən 4-5 dənə velosiped götürmüşəm. Satıb, xərcləmişəm pulu".

Qeyd edilən faktlarla bağlı cinayət işləri başlanılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

---------

15:24

Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) əməkdaşları mülkiyyət əleyhinə olan, xüsusən fərdi yaşayış evlərindən oğurluq edən şəxslərə qarşı əməliyyat tədbirləri həyata keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tərbirləri nəticəsində bu cinayətləri törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini əvvəllər məhkum olunmuş Məzahir Əliyev saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs bu ilin aprel ayından başlayaraq Sumqayıt şəhəri Yaşıldərə bağlar massivində yerləşən fərdi yaşayış evlərindən oğurluq etməyə başlayıb. M.Əliyev istintaqa ifadəsi zamanı Sumqayıt şəhərində 7 evdən pul, qızıl-zinət əşyaları, noutbuk, mobil telefon və digər qiymətli əşyalar oğurladığını bildirib.

İstintaq tədbirləri zamanı müəyyən edilib ki, M.Əliyev mənzillərdən dəyəri 15 min manata yaxın qızıl və 16 min manat pul oğurlamaqla zərərçəkənlərə ümumilikdə 31 min manat maddi ziyan vurub.
Araşdırmalar zamanı M.Əliyevin Binəqədi və Abşeron rayonu ərazisində yerləşən fərdi yaşayış evlərindən də oğurluq etdiyi məlum olub.

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində şəhər ərazisində silsilə velosiped oğurluqları etməkdə təqsirli bilinən Əliyev Natiq də saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin şəhər ərazisində 7 velosiped oğurladığı məlum olub. N.Əliyev oğurladığı velosipedləri Sumqayıt şəhərində yerləşən bazarlardan birində satdığını bildirib.

Qeyd edilən faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Polis əməkdaşları oğurluq etməkdə şübhəli bilinən bu şəxslərin digər analoji cinayətlərdə iştirak etdiklərini də istisna etmirlər. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin "102" Zəng Mərkəzinə və ya Sumqayıt ŞPİ-nə müraciət edə bilərlər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Sumqayıtda 7 evdən oğurluq etmiş şəxs tutuldu

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.