Ölkə

Rezidenturaya qəbul olanların NƏZƏRİNƏ - Qeydiyyat başlanır

17 İyul 2017 13:27
0 Şərh     Baxış: 844
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün rezidenturaya qəbul olmuş şəxslərə müraciət edib.

Mərkəzdən Milli.Az-a verilən məlumata görə, rezidenturaya qəbul olanlar DİM-in elektron xidməti çərçivəsində yaradılmış "Şəxsi kabinet"lərinin istifadəçi adını, namizədin elektron ərizələrinin iş nömrəsini və tələb olunan sənədləri sabahdan başlayaraq, iyulun 24-dək Səhiyyə Nazirliyinə təqdim edərək qeydiyyatdan keçməlidirlər.

Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.

Qeydiyyatdan keçmə ixtisaslar üzrə müəyyənləşdirilmiş qrafik üzrə aparılacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.