Ölkə

Abşeron İcra Hakimiyyətinin işçiləri atəşə tutuldu

17 İyul 2017 12:47
2 Şərh     Baxış: 3 894
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Abşeron rayonunda silahlı insident baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin işçiləri Xırdalan şəhərində qanunsuz görülən inşaat işlərinin qarşısını almaq istəyən zaman ev sahibi onlara odlu silahdan bir neçə dəfə atəş açıb.

Abşeron Rayon Prokorurluğundan sayta verilən məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.

Keçirilən əməliyyat zamanı ev sahibi, 75 yaşlı Namazov Eldar saxlanılıb. Ondan "Makarov" markalı tapança aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir. 

XXX

Abşeronda icra hakimiyyətinin nümayəndələrinə atəş açan şəxs saxlanılıb.
 
Milli.Az DİN-ə istinadən xəbər verir ki, iyulun 14-də Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində Abşeron Rayon İcra Hakimiyyətinin qanunsuz tikililərlə mübarizə komissiyasının üzvləri qəsəbə sakini Etibar Novruzovun evinin qarşısındakı qanunsuz tikilini sökmək istəyərkən E.Novruzovun atası, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Eldar Novruzov xuliqanlıq zəminində tapançadan havaya 3 dəfə atəş açıb.
 
Eldar Novruzov Abşeron RPİ-nin əməkdaşları tərəfindən tutulub və ondan "Makarov" markalı tapança, 4 ədəd patron və 3 ədəd giliz götürülüb.
 
Faktla əlaqədar cinayət işi başlanılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.