Ölkə

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi: "Həkimlərlə bağlı müraciətlər daxil olsa da..."

17 İyul 2017 13:26
Baxış: 956
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda həkimlərlə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciətlər daxil olsa da, prosesdə həkimlər rüşvətin subyekti deyil.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, belə müraciətlər olanda İdarə tərəfindən ilkin mərhələdə cinayətlərin qarşısı alınır.

K.Əliyev əlavə edib ki, bəzi kütləvi informasiya vasitələrində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları barədə dərc olunmuş məlumatlar əsasında İdarə tərəfindən bir neçə araşdırma aparılıb, lakin cinayət işinin başlanması üçün əsas olmayıb: "Mətbuatda gedən hər bir yazı araşdırma predmeti ola bilməz".

İdarə rəisi qeyd edib ki, xaricdə təhsil sahəsində neqativ hallarla da bağlı vətəndaş müraciətləri olur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.