Ölkə

Bakıda fəhlə faciəvi şəkildə öldü - FOTO

17 İyul 2017 11:45
1 Şərh     Baxış: 1 234

İyulun 17-də fəhlə tikintisi başa çatmış binada təmir işləri ilə məşğul olarkən hündürlükdən yıxılaraq ölüb. Hadisə Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 204 ünvanda (2 nömrəli Bakı Baza Tibb Kolleci ilə üzbəüz) baş verib.

Milli.Az xəbər verir ki, hadisə şahidləri virtualaz.org saytına bildiriblər ki, çoxsaylı xəsarət alan şəxs hadisə yerində dünyasını dəyişib.

Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasından xəbəri təsdiqləyiblər. "Təxminən 40 yaşlı kişi hündürlükdən yığılaraq dünyasını dəyişib. Təcili yardım onun hadisə yerində dünyasını dəyişdiyini müəyyənləşdirib", - stansiyadan söyləyiblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişi Xidmətindən isə onlara qəza ilə bağlı məlumat verilmədiyini bildiriblər.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

1 Şərh:

  • Anonim
    anonim · 17 İyul 12:2110

    ALLAH ozu o dunyasin versin yeri CENNET olsun aylesine sebirdiliyirem ALLAHDAN

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.