Ölkə

İmtahanda maksimum nəticə göstərən abituriyent qızlar barədə bilmədiklərimiz - FOTO

17 İyul 2017 12:39
11 Şərh     Baxış: 11 066

Bakı məktəbliləri III ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanında ən yüksək nəticə göstəriblər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Milli.Az-a verilən məlumata görə, İdarənin tabeliyindəki 278 nömrəli məktəbin məzunu Pərvin Mətləb qızı Əhmədova və 111 nömrəli məktəbin məzunu İlhamə Ramil qızı Hüseynova bütün test suallarına düzgün cavab verərək 700 bal toplayıblar.

Qeyd edək ki, Pərvin Əhmədova Respublika fənn olimpiadasında Azərbaycan tarixi fənni üzrə 2015 və 2016-cı illərdə qızıl medal qazanıb. "Ədəbiyyat biliciləri" müsabiqəsində isə 2017-ci ildə I yeri tutub. Həmçinin, Bakı şəhəri üzrə keçirilən şeir müsabiqələrində 2014-cü və 2015-ci illərdə I yerə layiq görülüb. "Parlaq zəka" intellektual oyununda 2016-cı və 2017-ci illərdə tarix və coğrafiya fənnləri üzrə I yerə sahib olub. O, IX sinfi xüsusi fərqlənmə şəhadətnaməsi ilə bitirib, XI sinfi əla qiymətlərlə başa vurub.

İlhamə Hüseynova isə Respublika fənn olimpiadasında Azərbaycan tarixi fənni üzrə 2015-ci ildə gümüş, 2016-ci ildə bürünc medal qazanıb. O, IX sinfi xüsusi fərqlənmə şəhadətnaməsi ilə başa vurub. XI sinfi fərqlənmə ilə bitirdiyinə görə qızıl medal almaq üçün namizədliyi irəli sürülüb.

Ümumilikdə, bu il ali məktəblərə qəbul imtahanlarının nəticələrinə görə, hələlik 12 abituriyent 700 bal toplayıb.

I və IV ixtisas qrupları üzrə imtahanda 7 nəfər maksimum nəticə göstərib. İmtahanda I ixtisas qrupu üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 220 nömrəli məktəb-liseyin məzunu Xalidə Əliyeva, 162 nomrəli tam orta məktəbin məzunu Mahirə Əsədzadə, akademik Zərifə Əliyeva adına liseyin məzunu  Elmir Əhmədov, Gəncə məktəblisi Abdulla Əsgərzadə, İsmayıllı rayonu Lahıc qəsəbə məktəbinin məzunu Vahab Cəbrayılov, IV ixtisas qrupu üzrə isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 287 nömrəli "Zəkalar" liseyinin məzunu Nemət Yusifov və Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Eldar Əfəndiyev ən yüksək nəticə göstəriblər. II və III ixtisas qrupları üzrə imtahanda isə 3 nəfər ən yüksək nəticəni göstərib. II ixtisas qrupu üzrə akademik Zərifə Əliyeva adına liseyin yetirməsi Səbinə İsmayılova, Türkiyə Diyanət Vəqfi Bakı Türk liseyinin məzunu Cavad Əliyev və Ağcabədi şəhəri 3 saylı məktəb-liseyin məzunu Arzu Məmmədzadə 700 bal toplayıblar.

Zərif Nisə

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

11 Şərh:

  • Anonim
    Sabina · 17 İyul 13:15120

    Masallah ,Masallah,1000defe Masallah.Allah valideinlerine can saqliqi versin baslari uca olsun bele ovladlar yetisdirdikleri ucun.

    Cavab yaz
  • Anonim
    Af · 17 İyul 14:0460

    Ugurlari daimi olsun. Ama teesuf ki biz bu imtahan sevincini yasaya bilmedik. Qizim 145 bal yigdi. O qeder eziyyet yuxusuz geceler soyuqda istide getdiyi yollar heyf ki neticesiz qaldi. Cox uzulduk. Allahdan xeyirlisini istemisdim. Yeqin bele qismetiymis. Ama qizima gore cox pis oldum. Hec sakitlesdire bilmirem.

    Cavab yaz
  • Anonim
    Angel · 17 İyul 14:2560

    Mawallah Allah iwinide yetirsin

    Cavab yaz
  • Anonim
    Sade · 17 İyul 14:5260

    Masallah allah hec kimin eziyyetini yerde qoymasin valideynleri hemise ovladlari ile fexr elesin basacan olsunlar sag salamat qurtarsinlar yaxsi isle temin olunsu lar

    Cavab yaz
  • Anonim
    nura · 17 İyul 20:0260

    Mənım oğlum 685 bal yiğib. Çooooox sevinçlıyik.

    Cavab yaz
  • Anonim
    Nina · 17 İyul 21:4710

    Qizim 9da oxuyur 700bal toplayanların saq əli qizinin başına Amin

    Cavab yaz
  • Anonim
    ** · 17 İyul 22:0002

    tullaninda guya yuksek bal toplayanlari bilinirda eynidi 300 bal tolayanlarda 700 toplayanlarda eyni fakultede oxuyur

    Cavab yaz
    • Anonim
      Peri · 18 İyul 00:1710

      Niye 700 bal yigan pulsuz oxuyur Teqaut alir pilusda onun hormeti inustutda 300 bal toplayandan artiq olur

      Cavab yaz
  • Anonim
    Servan.uğur · 17 İyul 23:2800

    İlhame baci ugurlarin bol olsun.sag salamat ela qiymeylerle oxu qurtar.

    Cavab yaz
  • Anonim
    gulya1 · 18 İyul 00:2400

    sonda işsiz qalmasinlar

    Cavab yaz
  • Anonim
    Gulum · 18 İyul 01:1900

    Neticeye gore 2 nefer 700 bal cox azdi. En azi 34min abituriyentden 100 nefer toplamali idi bu bali. Netice cox awagidi mence

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.