Ölkə

Azərbaycanda ən çox korrupsiya faktı bu sektorda aşkarlanıb

17 İyul 2017 11:36
Baxış: 1 874

Azərbaycanda bu ilin 6 ayı ərzində ən çox korrupsiya faktı özəl sektorda aşkarlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, 6 ay ərzində özəl sektorda 28 şəxs barəsində 25 cinayət işi başlanıb: "Bundan başqa, bank sektorunda 32 şəxs barəsində 19, təhsil sahəsində 12 şəxs barəsində 10, sosial müdafiə sahəsində 5 şəxs barəsində 3, yerli icra hakimiyyəti orqanları ilə bağlı 4 şəxs barəsində 4, gömrük sahəsində isə 2 şəxs barəsində 1 cinayət işi başlanıb".

K.Əliyev qeyd edib ki, vununla yanaşı, vəkillərlə bağlı, "Azərsu" ASC üzrə, təbiətin mühafizə sahəsi ilə bağlı da cinayət işləri başlanıb, istintaq aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.