Ölkə

133 vəzifəli şəxs barəsində korrupsiya ilə bağlı cinayət işi başlandı

17 İyul 2017 11:16
Baxış: 770
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"2017-ci ilin birinci yarım ili ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində vətəndaşların 3656 müraciətinə baxılıb. 125 cinayət xarakterli material araşdırılıb. Həmin materialların 75-i üzrə cinayət işi başlanıb, 50 material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə 29 nəfər vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.
 
O bildirib ki, 2017-ci ilin I yarım ili ərzində Baş İdarədə dövlət və özəl sektorda çalışan 133 vəzifəli şəxs barəsində 103 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.