Ölkə

Azərbaycanda 18 yaşadək ana olan qadınlarla bağlı STATİSTİKA

17 İyul 2017 09:31
1 Şərh     Baxış: 1 344

Azərbaycanda yaşı 18-dək olan analar tərəfindən doğulan uşaqların sayına görə kənd yerləri şəhər yerlərini üstələyir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 2016-cı ildə 18 yaşadək analar tərəfindən 2809 uşaq doğulub. Onun 934-ü şəhər, 1875-i kənd yelərində doğulub.

2015-ci ildə yaşı 18-dək olan analar tərəfindən doğulan 2895 uşağın 1003-ü şəhər, 1892-si kənd, 2014-cü ildə - 3296 uşağın 1054-ü şəhər, 2242-si kənd yerlərində, 2013-cü ildə - 2855 uşağın 889-u şəhər, 1966-sı kənd yerlərində, 2012-ci ildə isə 3236 uşağın 1067-si şəhər, 2169-u kənd yerlərində dünyaya gəlib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Senan 13 · 17 İyul 10:4150

    21-ci esrin statistikası. Her millet çalışar qabağa getmeye. Biz dala gedirik. 18 yaşında hansı felsefeyle hansı dünyagörüşle hansı ağılla övlad yetişdirecekler? İnsan hele özü anlamadığı heyatı övladına nece öyrede biler axı? Cehalet!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.