Ölkə

Millət vəkili: "Benzinin qiymətinin artırılmasını bir sıra amillərlə izah etmək olar"

15 İyul 2017 12:36
Baxış: 2 802
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Tarif (qiymət) Şurasının Aİ-92 markalı benzinin qiymətinin artırılması barədə qərarını bir sıra amillərlə izah etmək olar".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib.

Deputat qeyd edib ki, benzinin qiymətinin artırılmasını ilk növbədə manatın məzənnəsinin azalması ilə əlaqələndirmək lazımdır: "Bundan başqa, həm ölkədə istehsal edilən, həm də idxal edilən benzinin keyfiyyətini Avropa standartlarına çatdırmaq zəruridir".

R.Quliyevin sözlərinə görə, benzinin qiymətinin artırılması nəticəsində əldə olunan vəsaitin bir sıra məsələlərin həllinə yönləndirilməsi planlaşdırılır: "Bu vəsaitin bir hissəsi ekoloji məsələlərin həlllinə xərclənəcək. Həmçinin neft emalı sahəsinin inkişafına və modernləşdirilməsinə vəsait ayırmaq mümkün olacaq".

Millət vəkilinin fikrincə, Aİ-92 markalı benzinin qiymətinin artırılması məcburi tədbirdir: "Dövlət bu addımı ekoloji, texnoloji və investisiya problemlərini vaxtında həll etmək imkanına malik olmaq üçün atır. Bu tədbirlər digər ölkələrdə də həyata keçirilir. Məsələn, Rusiyada son günlər benzin bahalaşmağa başlayıb".

Xatırladaq ki, Tarif (qiymət) Şurasının iyulun 14-də keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Qərar 2017-ci il 15 iyul tarixindən qüvvəyə minib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.