Ölkə

Akif İslamzadənin xətrinə dəydilər: "Özümü təhqir olunmuş hesab etdim"

15 İyul 2017 12:25
5 Şərh     Baxış: 1 509
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti, sevilən sənətkar Akif İslamzadənin xətrinə dəyiblər. Buna görə də telekanallara bir də ayaq basmayacağına söz verib:

Milli.Az xəbər verir ki, yenicag.az-a açıqlama verən illərin sənətkarı ürəyini bizə boşaldıb:

"Dəfələrlə telekanallara dəvət alıram, amma getdiyimə peşman edirlər. Bir-iki saat oturub müsahibə verirsən, axırda da montaj edib, efirdə cəmi 10 dəqiqəsini göstərirlər. Pult arxasında oturan həm aparıcılıq edir, həm də operatorluq. Heç bir hazırlığı da yoxdur. Bilmir dəvət etdiyi qonağa hansı sualı versin, ya da verməsin. Özünü o qədər ağıllı hesab edir ki, istədiyini montaj edir, istədiyini efirə buraxır. Adama deyərlər ki, məni bəyənmirsənsə, niyə verilişinə çağırırsan?Yox, əgər çağırırsansa, niyə mənim söhbətimi kəsib, efirə yarımçıq verirsən? Mən onda özümü təhqir olunmuş hesab edirəm. Elə verilişlərə getməyin heç mənası yoxdur. Buna görə də çox vaxt dəvətləri qəbul etmirəm".

Xalq artisti insanlardan uzaq gəzdiyini və bağında dincəldiyini deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.