Ölkə

Bakıda qılıncla məscidə girərək namazı pozmaq istəyənlər saxlanıldı - FOTO

15 İyul 2017 09:49
2 Şərh     Baxış: 6 887

Bakıda məscidə hücum edən şəxslər saxlanılıb.

Milli.Az xəbər verir ki, Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Təzəpir məscidində günorta namazı qılınan zaman iki nəfər məscidə girib.

Onlardan birinin əlində qılınc, digərinin əlində isə dini bayraq olub. Məsciddə olan şəxslər dərhal polis əməkdaşlarına məlumat veriblər.
 
Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həmin şəxslər saxlanılıb.
 
Onların Yaşar Əliqulu oğlu Cahangirov və Əfqan Elman oğlu Aydınov olduğu müəyyən edilib. Həmin şəxslər istintaqa təhvil veriliblər.
 
Hazırda faktla bağlı araşdırma aparılır. 
 
Qeyd edək ki, hadisə barədə ilk olaraq "Bakıpost" məlumat yayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Sima · 15 İyul 10:04300

    buraxmayin belelrini azadliga

    Cavab yaz
  • Anonim
    BB. · 15 İyul 11:46056

    Yəqin yadlarına düşüb ki ərəblər də islam dinini Azərbaycanda qılınc vasitəsi ilə yayıblar.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.