Ölkə

Qaxda gəlin və baldız yoxa çıxdı - Uşaqlarla birgə - FOTO

15 İyul 2017 09:22
15 Şərh     Baxış: 10 481

Qaxda gəlin və baldız azyaşlı övladları ilə birlikdə itkin düşüb.

Milli.Az report-a istinadən xəbər verir ki, Qax rayon sakinləri İlqar İsmayılov və Zamir Sultanov Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək həyat yoldaşları 1984-cü il təvəllüdlü Yeganə Oruc qızı Sultanova və 1985-ci il təvəllüdlü Aynur Əsgər qızı İsmayılovanın bu il iyulun 8-də evdən çıxaraq bir daha geri qayıtmadıqlarını bildiriblər.

Qax rayonunun Güllük kəndində gəlin olan 33 yaşlı Yeganə Sultanova iyulun 8-də saat 19 radələrində evdə heç kimin olmadığı bir vaxtda 2 yaşlı oğlu Nahidi də götürərək naməlum istiqamətdə gedib. Həmin gün saat 17 radələrində Qax şəhərində yaşayan qohumu 32 yaşlı Aynur İsmayılova da eynilə azyaşlı qızı 6 yaşlı Sərvinaz İsmayılzadəni götürərək evdən çıxıb və bir daha geri qayıtmayıb. Gəlin və baldızın azyaşlı uşaqları ilə birlikdə getmələri ehtimal olunur.

Onları görənlərdən Qax RPŞ-i ilə əlaqə saxlamaları xahiş olunur.

Tel: (024) 255-23-52

Mob:055-755-73-71

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

15 Şərh:

  • Anonim
    Seva--- · 15 İyul 09:2780

    Buda teze mod duwdu bu yene baldiznan gedib hec olmuya uwaqlari da aparib dunen geden 3uwaqi qoyub gedib Allah uzaq elesin

    Cavab yaz
  • Anonim
    səkinə1 · 15 İyul 09:3350

    birlik də işbirliyi görüblər...

    Cavab yaz
  • Anonim
    SEVINC · 15 İyul 09:3760

    Dehset....kecen defe burda bir xeber derc olunmusdu ki,her ikisi nisanli olan baldiz yenge evden cixib gedibler...eyni hadise tekrarlanir....cahil insanlar da oxuyur,deyir ele gel bizde bele eliyek....Yene de her seyin duzunu Allah biler....

    Cavab yaz
  • Anonim
    Zehra m · 15 İyul 10:1340

    bunlarin ozleriyle beraber ağıllarıda qaçıb baltolulub evden qacanlara payliyirllar onlar yidiler siz qaldiz

    Cavab yaz
  • Anonim
    Heybet · 15 İyul 10:5391

    Yaman deb duwube. ite ite gedirlereeee. Bunlarida targovida axtarin

    Cavab yaz
  • Anonim
    Sevda R. · 15 İyul 11:16110

    Allah ağıl versin belə qız-gəlinlərə...baş götürüb hara gəldi kimlə gəldi qaçırlar.Ailəli qadınlara göz dikən şərəfsiz kişiciklərin boyu yerə girsin...

    Cavab yaz
    • Anonim
      xediw · 15 İyul 11:2950

      ne yaman deb duwub qaca-qac.hara gedirler,niyr gediller.?

      Cavab yaz
  • Anonim
    Balakenli · 15 İyul 11:2461

    Menim qardasima xeyanet eden gelini tike tike ederem neyinki onunla el bir olub qacmaq bunlarda qurur deyen sey yoxduye utanmazlar Allah cezanizi versin

    Cavab yaz
  • Anonim
    momun · 15 İyul 11:2860

    Bu dunya heyati oyun oyuncaqdan eylenceden basqa bir sey deyildir,axiret dunyasi ise ebedi heyatdir ,kas bileydiler .

    Cavab yaz
  • Anonim
    səkinə1 · 15 İyul 11:5840

    oğlan evinin öz qızıda gəlinlə bir qaçdığı üçün bir nəfərdə ağzını açıb demirki gəlinin yazışdığı adam olub nə bilim nə çünki qızlarıda gəlinləridə bir ağılda olub.Allah ağıl versin və heçkimə belə yelbeyin qızgəlin nəsib eləməsin...

    Cavab yaz
  • Anonim
    Qacan Gelin · 15 İyul 13:0353

    Qinamayin heckimi

    Cavab yaz
  • Anonim
    cccp · 15 İyul 20:2910

    Biraz gezib ,,qayidacaqlar ,,yeqin.Ancaq uşaqlari niye apariblar bilmedim

    Cavab yaz
  • Anonim
    naza · 16 İyul 06:4700

    Gəlinlər, baldızlar axır vaxtlar yaman mehriban olublar, Allah axırını xeyirli eləsin. Bunlar yəqin ərlərinə qarşı üsyan ediblər, qadın həmrəyliyi.

    Cavab yaz
    • Anonim
      Adsiz · 17 İyul 03:1600

      Yeqin kend heyatinan bezibler

      Cavab yaz
  • Anonim
    Qacqin · 21 İyul 11:3300

    Men qaytdim evime uje yazmayin bele seyler

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.