Ölkə

Prezident akademik Həsən Abdullayevin 100 illik yubileyi ilə bağlı sərəncam imzaladı

14 İyul 2017 18:22
Baxış: 339

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev akademik Həsən Abdullayevin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.

2018-ci ildə görkəmli Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, professor, respublika Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, akademik Həsən Məmmədbağır oğlu Abdullayevin anadan olmasının 100 illiyi tamam olur.

Həsən Abdullayev Azərbaycanda müasir fizikanın, xüsusən yarımkeçiricilər fizikası və texnikasının bünövrəsini yaratmaqla bərabər onun hərtərəfli inkişafının başlıca istiqamətlərini müəyyənləşdirmişdir. Fundamental tədqiqatlarla zəngin bir məktəb formalaşdıran alim uzun illər ərzində Elmlər Akademiyasının prezidenti kimi respublikada elmin təşkili işinə mühüm töhfələr vermiş, ölkə elminin beynəlxalq elm məkanına inteqrasiyasının dərinləşdirilməsində təqdirəlayiq fəaliyyət göstərmişdir.

Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyasına akademik Həsən Abdullayevin 100 illik yubileyinə həsr edilmiş tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Milli.Az 

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.