Ölkə

Bakıda ŞOK: Əli qılınclı, kəfənli şəxslər Təzə Pirə girdi...

14 İyul 2017 18:44
4 Şərh     Baxış: 6 334

Bu gün Təzə Pir məscidində cümə namazı zamanı kütləvi dava olub.

Milli.Az xəbər verir ki, cümə namazında iştirak edən şəxslərin bakupost-a verdiyi məlumata görə, hadisəyə səbəb məscidə ağ geyimli 2 şəxsin daxil olaraq axunddan xütbəni kəsməsini istəməsi olub.

Hadisə şahidlərinin sözlərinə görə, namazdan əvvəl məscidə əynində kəfəni xatırladan ağ geyimli Yaşar adlı bir yaşlı kişi və bir gənc gəlib. Onun əlində qılınc olub. O, cümə namazından əvvəl söz alıb danışmaq istəyib, lakin məsciddəkilərin narazılığı ilə üzləşib və susdurulub. Daha sonra namaz qılınıb. Namazdan sonra Yaşar adlı şəxs yenidən nəsə danışmaq istəyib. Bu zaman möminlər onun üzərinə hücum çəkərək, döyməyə başlayıblar. 

Onun linç edilməsi kütləvi davaya səbəb olub. Hadisəyə hüquq-mühafizə orqanlarının işçiləri qarışıb. Polis ağzı-burnu qan içində olan Yaşarı hadisə yerindən uzaqlaşdırıb və bölməyə aparıb.

Yaşar şahidlərdən biri ilə söhbəti zamanı ona Allah tərəfindən vəhy verildiyini, 2 ildir ki, bunu möminlərə çatdırmaq istədiyini qeyd edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Senan 13 · 14 İyul 19:3400

    Veyh verlib ? Hmmmm.

    Cavab yaz
  • Anonim
    & · 14 İyul 19:5400

    Axiretin elameti

    Cavab yaz
  • Anonim
    Cheburashk@(-_-)@ · 14 İyul 22:5000

    Gorunur ozunden evvelkilerden oyrenib teoremi qilinc gucune isbat elemeyi )))

    Cavab yaz
  • Anonim
    QQ · 15 İyul 09:2600

    Dunde qarisiqliq salanlar az idi bu da bur terefden peyda oldu .

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.