Ölkə

Nişanlısını qətlə yetirən şəxs: “"Onunla həmişə hamamda görüşürdük"

14 İyul 2017 17:40
12 Şərh     Baxış: 20 555

Bakıda nişanlısını qətlə yetirməkdə və onun bacısına xəsarət yetirməkdə təqsirləndirilən Nəcəf Məcidovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib. Söz dövlət ittihamçısı Ramin Nağdəliyevə verilib.

Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.

Təqsirləndirilən şəxs ittihama münasibət bildirək özünü təqsirli bilib. Nəcəf Məcidov qeyd edib ki, nişanlısı ilə həmişə hamamda görüşüb: "Həmin gün də görüşümüz hamamda idi. Hava soyuq olduğu üçün qapını da içəridən bağladım  ki, içəri isti olsun. Mübahisə etdik. Sözlərimə qulaq asmırdı. Mən ona iradlarımı bildirirdim. Lakin buna əməl eləmirdi. Əsəbiləşdim, ona mənə cavab verməməsini desəm də, yenə buna əməl eləmədi. Beynim çöndü. Bıçaqla zərbələr vurdum. İlahəni vurandan sonra qapını özüm açdım və hamamdan çölə çıxdım. İlahə ilə dalaşdığım üçün əsəbi idim, çölə çıxanda Rəhimə üstümə gəldi, özümdə olmadığım üçün onu da vurmuşam".
Daha sonra zərərçəkmiş şəxs qismində ifadə verən Rəhimə Ağayeva bildirib ki, hadisə baş verən günü bacısı İlahənin telefonla danışdığını görüb: "Bacım telefonda 2-3 saat danışdı. Ondan soruşdum ki, kiminlə danışırsan. Dedi ki, Nəcəfdir, mənimlə görüşmək üçün yalvarır, qapımıza gəlib, görüşmək istəyir. Mən də Nəcəfin yalvarmasına gülümsədim və bildirdim ki, imkan ver, gəlsin, görüşün. 5 dəqiqədən sonra bacım evdən çıxdı. Bacımı gözləsəm də, gəlmədi. Onun gəlmədiyini gördüm və arxasınca getdim. Həyətə düşəndə hamamdan səs-küy gəldiyini eşitdim. Bacımla Nəcəf mübahisə edirdilər. Qapını vursam da, bağlı idi. Qapını döydüm, İlahə çölə çıxdı. Dedi ki, Nəcəflə söhbət edir. Buna görə də evə qayıtdım. Yarım saat sonra bacımın qışqırıq səslərini eşitdim, tələsik ora qaçdım. Bacımın hamamda qan içində olduğunu, Nəcəfin əli qanlı çölə çıxdığını gördüm. İlahəni bu vəziyyətdə gördüyüm üçün onun üstünə cumdum və dedim ki, niyə belə etdin? Bu zaman Nəcəf məni də bıçaqla vurdu".
Növbəti məhkəmə iclası iyulun 20-də davam edəcək.

Qeyd edək ki, bu il martın 4-də Bakının Binə qəsəbəsində nişanlısını qətlə yetirdikdən sonra qaçan 31 yaşlı Nəcəf Məcidov hadisədən bir həftə sonra yaxalanıb.

Hüquq-mühafizə orqanları 26 yaşlı nişanlısı İlahə Ağayevanı bıçaqlayaraq öldürən, onun bacısı Rəhiməyə də xəsarət yetirən Nəcəfi müxtəlif yerlərdə axtarsa da, onu elə Binə qəsəbəsində yaxalaya biliblər.

Məlum olub ki, Nəcəf Məcidov qətli törədəndən sonra tutulmamaq üçün evə getməyib. O, telefonunu söndürüb. Bu müddətdə Binə qəsəbəsində yaşayış olmayan yarımçıq tikililərdə və dükanlarda qalıb.

Nəcəf Məcidovun yeri daxil olmuş əməliyyat məlumatı əsasında müəyyən edilib və saxlanılıb. O, əvvəllər də məhkumluq həyatı yaşayıb.

Məlum qətlə gəlincə, Binə qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü İlahə Ağayeva nişanlısı Nəcəf Məcidova üzüyü geri qaytaracağı barədə xəbər göndərib. Səbəb oğlanın tüfeyli həyat keçirməsi olub.

Bundan sonra Nəcəf Məcidov tələb edib ki, nişanlısı onunla görüşsün. Qız bunu qəbul etmədikdə, Nəcəf gecə saatlarında onun evinə gedərək boğaz nahiyəsinə bıçaqla bir neçə zərbə vurub. Hadisənin qarşısını almaq istəyən İlahə Ağayevanın bacısı, 1997-ci il təvəllüdlü Rəhimə Ağayeva isə bədən nahiyəsindən iki bıçaq zərbəsi alıb. Nəticədə İlahə Ağayeva hadisə yerində ölüb. Rəhimə Ağayeva isə xəstəxanaya yerləşdirilib.

Nəcəf Məcidov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29,120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham edilir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

12 Şərh:

  • Anonim
    Hhhhhh · 14 İyul 17:5742

    Bir bunu ewitmemiwdiy hamada goruwmey buda teze cxdi ne deyim vallah yenede Allah rehmet elesin

    Cavab yaz
  • Anonim
    Ema · 14 İyul 18:4580

    Oğlan sifətən anormal adama oxşayır

    Cavab yaz
  • Anonim
    .... · 14 İyul 19:4340

    Dehsetsuze hamamda gorusmek deyende agliniza niye pis fikirler gelir. Hamamda gorusende neolur ki .allah rehmet elesin. Bexteverlikden gorusmeyibler ki sohbeti hell etmey isdeyib qz. Ne bilsinki basina bela gelecek

    Cavab yaz
    • Anonim
      limunet · 14 İyul 22:0310

      Duzdur.olenin dalinca danismazlar.allah rehmet elesin.her ikisi de bu heyatdan hec ne qazana bilmediler

      Cavab yaz
  • Anonim
    Fira · 14 İyul 20:2810

    bilenler bilmirsiz bu ölən qız 21 nomrəli məktəbdə oxumuyub Yasamalda?

    Cavab yaz
    • Anonim
      Elşən Məmmədov · 14 İyul 22:3700

      Yox,136 da oxuyub,Binədə!

      Cavab yaz
  • Anonim
    limunet · 14 İyul 22:0410

    Allah rehmet elesin

    Cavab yaz
  • Anonim
    L · 14 İyul 22:5410

    Bu manyaka omurluk ish kesmek lazimdir

    Cavab yaz
  • Anonim
    Jale · 14 İyul 23:0820

    O bichagi bes hardan tapdin? Hamamda idi? Demeli, cinayeti evvelden planlashdirmisan ve gorushe bichaqla getmisen.. Pis idi, soze baxmirdi, uzuyu atarsan ustune, nishani qaytarardin. Oldurmeye kim haqq verib?

    Cavab yaz
  • Anonim
    Jale · 14 İyul 23:1030

    26 yashinda qiz qocalib, evde qalmishdi ki, onu mehkum heyati yashamish birisine veribler? Bu da neticesi. Yaziq qiz. Allah rehmet elesin!

    Cavab yaz
  • Anonim
    Aydan · 15 İyul 00:1430

    Onu ya sevmezdin ay vicdansız ya da öldürmezdin. 26- il ata ana evlad böyüdür ki hansısa şerefsizin qurbanına çevrilsin. Valla bele olmaz yeqin ki bunun cezası ömürlük olar.

    Cavab yaz
  • Anonim
    ay · 15 İyul 10:0001

    sadece mene catmir nisanli qiz hamamda niye gorusur eger bu senin nisanlindisa cixin sehere bir yerde oturub sihbet edin.Gizli gizli bunu anlamadim

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.