Ölkə

İmişlidə ata və üç oğlu döyüldü - VİDEO - FOTO

14 İyul 2017 17:20
2 Şərh     Baxış: 1 556
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İmişli rayonunda yerləşən heyvan bazarında kütləvi dava düşüb.

Milli.Az report-a istinadən xəbər verir ki, Ağcabədi rayon sakini Nadir Abdullayev üç oğlu - Elxan, Mikayıl və Qamətlə birgə İmişli rayonunun heyvan bazarına satmaq üçün dörd baş iribuynuzlu mal-qara aparıb. 

Heyvanların satış qiyməti ilə razılaşmayan İmişli rayon sakinləri ata və onun üç oğlunu döyüblər. Kütləvi dava zamanı ata və oğulları baş və bədənin müxtəlif nayihələrindən ağır xəsarətlər alıb. Yaralılar ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. 

Baş verən hadisə ilə bağlı İmişli Rayon Polis Şöbəsinə məlumat verilib və şöbənin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İmişlidə ata və üç oğlu döyüldü

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.