Ölkə

Faiq Əmirlinin məhkəməsində şahidlər danışdı

14 İyul 2017 16:26
Baxış: 760
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Səbail rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin həbsdə olan köməkçisi, "Azadlıq" qəzetinin yayım direktoru Faiq Əmirlinin işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə 8 şahid dindirilib.

Şahidlər bildiriblər ki, onlar "Azadlıq" qəzetinə reklam versələr də, F.Əmirlini tanımırlar və ona pul verməyiblər. Şahidlər qeyd ediblər ki, onlar "Azadlıq" qəzetində dərc olunan yazılara görə qəzetə ödəniş etməyiblər.

Prosesə gəlməyən daha bir şahid isə məhkəməyə teleqram göndərib. Teleqramda həmin şahid ibtidai istintaqa verdiyi ifadəsini təsdiqlədiyini bildirib.

Proses iyulun 17-də davam etdiriləcək.

Qeyd edək ki, F.Əmirli ötən il avqustun 20-də saxlanılıb. Avqustun 22-də Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. F.Əmirlinin barəsindəki həbs qətimkan qərarının müddəti bir neçə dəfə artırılıb.

F.Əmirli Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması), 213-cü (vergidən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilirdi. İstintaq başa çatan ərəfədə Baş Prokurorluq F.Əmirlinin ittiham olunduğu iki maddə - Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrinə xitam verib. Hazırda F.Əmirli Cinayət Məcəlləsinin 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) və 213-cü (vergidən yayınma) maddələri ilə ittiham edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.