Ölkə

4-cü mərtəbədən yıxılan uşağın anası: "Həmin vaxt huşumu itirmişəm" - FOTO

14 İyul 2017 16:32
6 Şərh     Baxış: 1 709

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə 182 ünvanda 4-cü mərtəbədən yıxılan 9 yaşlı Uğur Allahverdiyev sağ qalıb.

Milli.Az xəbər verir ki, bu barədə teleqraf.com-a uşağın anası Cahan Allahverdiyeva danışıb.

Ananın sözlərinə görə, dünən günorta saatlarında nahar etdikdən sonra oğluna 1 saat yatıb dincəlməyi məsləhət görüb: "Həyat yoldaşım da yatmışdı. Mən evdə iş görürdüm. Uğur pəncərəyə çıxıb və 4-cü mərtəbədən yıxılıb. Oğlumun sağ qalmasına 1-ci mərtəbədəki üzüm tənəkləri səbəb olub.

Uşaq tənək ağacının budaqlarının üstündən ilişib sonra yeşiklərin üstünə oturaq vəziyyətdə düşüb. Böyük oğlum qışqırdı ki, qardaşım pəncərədən yerə düşdü. O anı bir daha düşünmək istəmirəm. Ana olaraq hansı hissləri keçirdiyimi izah edə bilmirəm. Pilləkəni düşəndə balamı qanlar içində görəcəyimi düşünürdüm. Qonşu tez məni sakitləşdirdi ki, qorxma sağdır. Sadəcə qolu əzilib. Həmin vaxt huşumu itirmişəm".

Uğurun anası deyir ki, oğlunun nə vaxtsa pəncərəyə çıxan görməyib: "Bilsəydim çıxmamağı tapşırardım. Uğurun düşdüyü yerdə it saxlanırdı. Bəxtimiz gətirdi ki, iti 2 aydır rayona aparıblar. Yoxsa uşaq sağ qalsa da, it parçalayacaqdı".

Cahan Abdullayeva qeyd edib ki, həkimlər uşağı müayinə ediblər: "1 saylı Şəhər Klinik xəstəxanasına apardıq. Həkim dedi ki, bu, bir möcüzədir. Uşağa heç nə olmayıb. Sadəcə çiyin hissəsi əzilib".

Uğurun anası deyir ki, uşaq anadan olan vaxtdan sağ qalaması möcüzə olub: "Uğur 8 aylıq doğulmuşdu. Çəkisi 1 kiloqram 800 qram idi. 17 günündə ilk dəfə gözündən yaş gəlmişdi. Hamı deyirdi ki, öləcək.

Uğur mənim 4-cü övladımdır. Adı kimi uğurludur. Mən hər dəfə onu bizə bağışladığı üçün Allaha dua edirəm. İndi uşaq yaxşıdır. Bu gün qurban kəsib, paylamışıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

6 Şərh:

  • Anonim
    QQ · 14 İyul 16:4750

    Caan agladim ey .Allah hec bir balaya qiymasin .Hec bir anani balasi ile sinaga cekmesin .Yaziq ana olub o dunyasini bu dunyada gorub o gun yeqin .

    Cavab yaz
  • Anonim
    Ema · 14 İyul 16:5810

    Allah saxlayanda saxlayır

    Cavab yaz
  • Anonim
    ilayda · 14 İyul 18:1310

    Ay canim menim.allah kesdiyniz qurbani qebul edsin.

    Cavab yaz
  • Anonim
    Melek❤️ · 14 İyul 19:1700

    Allah hec bir anani övladla sınağ etmesin. Uğurada kömek olsun inşallah

    Cavab yaz
  • Anonim
    Sevil ***** · 14 İyul 22:2600

    Bizim qonşudu .Həqiqətən ,yaxşı ki it bağda olmayıb .

    Cavab yaz
  • Anonim
    Cicek · 15 İyul 10:1400

    Bu usaqlar 1 deqiqe de dayanmirlar ne qeder xos dil ile basa salirsan xeyri yoxdur allah saxlamislar adami divara dirmasdirirlar

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.